Türkiyənin Çəkindirmə Qabiliyyəti artır| AKINCI-dan İHA-230 raketi ilə 140 kilometrdən dəqiq zərbə

2023/04/AKINC-3361189950.jpg
Oxunub: 7863     17:11     04 Aprel 2023    
“Bayraktar AKINCI” PUA-sı milli olaraq istehsal edilən və ilk dəfə təyyarədən atılan İHA-230 raketi ilə həyata keçirdiyi sınaq atışında 140 kilometr məsafədən dəqiq zərbə endirib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə həyata keçirilən “Bayraktar AKINCI” Layihəsi çərçivəsində “Baykar” tərəfindən istehsal olunan “Bayraktar AKINCI” PUA-sına yerli istehsal olan yeni sursat və sistemlərin inteqrasiyası uğurla davam edir.

ROKETSAN tərəfindən hazırlanan, Türkiyənin ilk “hava-yer” səsdən sürətli raketi olan İHA-230 raketinin 31 mart 2023-cü ildə sınaq atışı uğurla tamamlanıb. Tekirdağ bölgəsinin Çorlu ilçəsindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzindən havaya qalxan “Bayraktar AKINCI” uzun məsafəli atəş sınağı aparmaq üçün Sinop şəhərinə gedib.

“Bayraktar AKINCI” tərəfindən Sinop Atış Poliqonunda atılan KKS/ANS idarəolunan İHA-230 raketi Qara dəniz üzərində 140 kilometr uzaqlıqdakı nöqtəni tam dəqiqliklə vurub.

Çəkindirmə Qabiliyyəti Artdı

“Bayraktar AKINCI” PUA -sı sınaq atışı çərçivəsində səsdən sürətli raketlə hədəfini bir daha vurub. Öz hərəkət gücünə malik olan İHA-230 raketi uzaq mənzilli və yüksək zərbə gücü ilə PUA-dan kilometrlərlə uzaqdakı hədəflərə qarşı effektivlik göstərə biləcək. Beləliklə, sursatları keyfiyyət və kəmiyyət baxımından şaxələndirilən “Bayraktar AKINCI”nın çəkindirmə qabiliyyəti daha da artıb.

BAYKAR 2023-cü ilə ixracla başladı

“Baykar” rəqabətə davamlı proses sonunda Amerika, Avropa və Çindəki rəqiblərini geridə qoyub. Şirkət Küveyt Müdafiə Nazirliyi ilə imzaladığı müqavilə ilə birlikdə “Bayraktar TB2” üçün 370 milyon dollarlıq ixrac müqaviləsiylə 2023-cü ilə uğurla başlayıb.


İxrac Rekordu

Bu günə qədər bütün layihələrini öz imkanları ilə həyata keçirən “Baykar” 2003-cü ildə PUA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 75%-ni ixracdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, 2021-ci ildə müdafiə və aerokosmik sənayenin ixracat lideri olub. 2022-ci ildə imzalanan müqavilələrdə ixrac nisbəti 99,3% olan “Baykar” 1,18 milyard dollarlıq ixracat həyata keçirib.

Müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçısı olan “Baykar”ın 2022-ci ildə 1,4 milyard dollar dövriyyəsi olub. “Bayraktar TB2” PUA-sı üçün 28 ölkə ilə, “Bayraktar AKINCI” PUA-sı üçün isə 6 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

“İHA-230” “hava-yer” tipli səsdən sürətli ballistik raket

Yaylım Atəşli Reaktiv Sistemlər və bu sistemlərdə istifadə edilən raketlər sahəsində əhəmiyyətli irəliləyişlər əldə edən ROKETSAN TRG-230 “yer-yer” ballistik raketi əsasında İHA-230-u inkişaf etdirib. İHA-230 “hava-yer” tipli səsdən sürətli ballistik raketi 150+ kilometr uçuş məsafəsinə malikdir.


İHA-230

Raketin effektiv uçuş məsafəsi onun buraxılış sürətindən və hündürlüyündən asılı olaraq 150 kilometrdir. Qəlpəli döyüş başlığına sahib olan İHA-230-un müxtəlif hədəf tiplərinə qarşı zirehi dəlici və ya termobarik döyüş başlığı variantları da var.

Texniki xüsusiyyətlər

Əməliyyat mənzili - 150+ km (hündürlükdən və sürətdən asılıdır)
Döyüş başlığı - 42 kq qəlpəli, zireh dəlici və termobarik seçimli
Çəkisi - 225 kq
Uzunluğu - 3,4 m
Hədəf dəsti - Düşmənin mobil və stansionar hava hücumundan müdafiə elementləri, radar və ya rabitə elementləri, komanda mərkəzləri, yüngül zirehli quru vasitələri və digər hədəflər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   AKINCI   PUA  


Bizi "telegram"da izləyin